Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 20 % azalıb

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 20 % azalıb Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,5% azdır
Maliyyə
17 Mart , 2021 16:43
Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 20 % azalıb

Bu ilin yanvar-fevral aylarında xarici müəssisə və təşkilatlar Azərbaycanda əsas kapitala 660 milyon manat vəsait yönəldib.

“Report” Dövlət Statistika komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,5% azdır.

2 aylıq investisiya qoyuluşunun 643,4 milyon manatı (97,5 %-i) Böyük Britaniyaq, ABŞ, Türkiyə, Norveç, Yaponiya, Malayziya, Rusiya, İran və Hindistan sərmayədarlarına məxsus olub.

Son xəbərlər

Orphus sistemi