2020-ci ildə “Azərbaycan Kredit Bürosu” MMC-yə (AKB) kredit təşkilatlarından 6,9 milyon sorğu daxil olub.
“Report” şirkətə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 2,4 dəfə çoxdur.
İl ərzində təkcə Büronun skorinq xidmətindən 4,2 milyon istifadə qeydə alınıb ki, bu da 2,2 dəfə artım olmaqla ümumi sorğuların təxminən 61 %-i deməkdir.
Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5 % payla 8 bank - “Azərbaycan Beynəlxalq Bankı", “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank (Azerbaijan)” ASC-lərdir.