Azərbaycan layihələrin idarə edilməsinə dair beynəlxalq seminara qatılıb

Azərbaycan layihələrin idarə edilməsinə dair beynəlxalq seminara qatılıb Seminar Rusiyanın Hesablama Palatasının təşəbbüsü ilə video konfrans formatında keçirilib
Maliyyə
21 May , 2021 09:45
Azərbaycan layihələrin idarə edilməsinə dair beynəlxalq seminara qatılıb

Azərbaycanın Hesablama Palatasının nümayəndələri “Layihələrin idarəetməsində tətbiq olunan “Jira” platformasının istifadəsi” mövzusunda Rusiyanın Hesablama Palatasının təşəbbüsü ilə video konfrans formatında keçirilmiş seminarda iştirak edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan tərəfi məlumat yayıb.

Məlumata görə, MDB-yə üzv olan dövlətlərin Ali Audit Qurumlarının (AAQ) Rəhbərlər Şurasının təşəbbüsü ilə təcrübə mübadiləsi çərçivəsində təşkil olunmuş seminarda MDB ölkələrinin Ali Audit Qurumların nümayəndələri ilə yanaşı, Belarusun Dövlət Nəzarəti Komitəsinin, eləcə də Rusiya subyektlərinin nəzarət hesabat qurumlarının nümayəndələri iştirak edib.

Rusiya Hesablama Palatasının Beynəlxalq və regional əməkdaşlıq Departamentinin direktoru Timur Maxmutov tədbiri açılış nitqi ilə başladıqdan sonra, adı çəkilən qurumun Maliyyə auditi Departamentinin direktor müavini Denis Strijeusov və təftiş müdirinin müavini Olqa Drobışeva mövzu üzrə təqdimat və məruzə ilə çıxış edib. Təqdimatlardan sonra mövzu ətrafında müzakirələr aparılmış və seminar iştirakçıları məruzəçilərə təşəkkürlərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi