Azərbaycan manatının dövretmə sürəti artıb

Azərbaycan manatının dövretmə sürəti artıb Manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb
Maliyyə
24 İyul , 2021 17:45
Azərbaycan manatının dövretmə sürəti artıb

Bu il iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,72 bənd təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 0,22 bənd çox, yanvarın 1-nə nisbətən 0,15 bənd çox, ötən il iyulun 1-i ilə müqayisədə isə 0,22 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi