Bu il oktyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,77 bənd təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,04 bənd, yanvarın 1-nə nisbətən 0,71 bənd, ötən il oktyabrın 1-i ilə müqayisədə isə 1,04 bənd azdır.
AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.