Bu ilin dekabr ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 77,6 bənd təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,3 bənd az, ötən ilin eyni dövrü ilə müqayisədə 4 bənd çox, ilin əvvəli ilə müqayisədə 4,2 bənd çoxdur.
Bu ilin dekabr ayının 1-nə manatın real effektiv məzənnəsi isə 102,7 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,5 bənd az, ilin əvvəli ilə müqayisədə 3,7 bənd çox, illik müqayisədə isə 3,6 bənd çoxdur.