Azərbaycan manatının effektiv məzənnələri artıb

Azərbaycan manatının effektiv məzənnələri artıb Bu ilin may ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 77,6 bənd təşkil edib
Maliyyə
28 May , 2021 09:10
Azərbaycan manatının effektiv məzənnələri artıb

Bu ilin may ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 77,6 bənd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,7 bənd çox, ötən ilin eyni dövrü ilə müqayisədə 1 bənd az, ilin əvvəli ilə müqayisədə 2 bənd çoxdur.

Bu ilin may ayının 1-nə manatın real effektiv məzənnəsi isə 103,9 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1,7 bənd çox, ilin əvvəli ilə müqayisədə 3,6 bənd çox, illik müqayisədə isə 3,5 bənd azdır.

Son xəbərlər

Orphus sistemi