Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır.
İddiaçılar ilkin sənədləri aprelin 5-i, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 13-ü, saat 18:00-a qədər dövlət satınalmalarının vahid intenet portalı vasitəsi ilə təqdim edə bilərlər.
Tenderin nəticəsi aprelin 14-də, saat 15:00-da portalda açıqlanacaq.