Azərbaycan Mərkəzi Bankı "Bakı Fond Birjası"na xəbərdarlıq edib

Azərbaycan Mərkəzi Bankı "Bakı Fond Birjası"na xəbərdarlıq edib Azərbaycan Mərkəzi Bankı (AMB) "Bakı Fond Birjası" QSC-yə (BFB) rəsmi xəbərdarlıq edib.
Maliyyə
5 Noyabr , 2024 09:47
Azərbaycan Mərkəzi Bankı Bakı Fond Birjasına xəbərdarlıq edib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Bakı Fond Birjası" QSC-yə (BFB) rəsmi xəbərdarlıq edib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində BFB-nin “Qiymətli kağızlar bazarı haqqında” qanunun 46.2 və 46.3-cü maddələrinə riayət etmədiyi müəyyənləşdirilib və Birjaya xəbərdarlıq olunub.

46.2 maddəsinə görə, BFB öz daxili qaydalarını və ya onlara edilmiş dəyişiklikləri qəbul edildiyi tarixdən 5 iş günü ərzində AMB-yə təqdim etməlidir. AMB birjanın daxili qaydalarında Qanunun tələblərinə uyğun gəlməyən müddəalar aşkar etdikdə, həmin qaydaları və ya onlara edilmiş dəyişiklikləri aldığı tarixdən 20 iş günü ərzində onlara müvafiq dəyişiklikləri edilməsini, əsasları göstərilməklə, fond birjasından tələb etməlidir.

46.3 maddəsinə görə, Qanunun 46.2-ci maddəsində göstərilən tələb birjaya təqdim edildikdən sonra 15 iş günündən gec olmayaraq daxili qaydalara müvafiq dəyişikliklər edilməli və AMB-yə bu barədə məlumat verilməlidir. Daxili qaydalar və ya onlara edilmiş dəyişikliklər təsdiq edildiyi tarixdən etibarən 5 iş günündən gec olmayaraq birja onu açıqlamalıdır.

Son xəbərlər

Orphus sistemi