Azərbaycan Mərkəzi Bankına (AMB) saziş və müqavilələr bağlamaq hüququnun verilməsi təklif edilir.
“Report” xəbər verir ki, bu, “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, AMB məqsəd və funksiyalarından irəli gələn məsələlər üzrə xarici dövlətlərin mərkəzi bankları, beynəlxalq maliyyə-kredit təşkilatları və bu Qanunda nəzərdə tutulmuş qurumlarla öz adından əməkdaşlıq haqqında müqavilələr, həmçinin xaricdə yerləşən dövlət və özəl klirinq (prosessinq) idarələri ilə klirinq və hesablaşmalar haqqında sazişlər və başqa müqavilələr bağlaya bilər.