Azərbaycan Mərkəzi Bankı Şuşada nümayəndəlik açacaq

Azərbaycan Mərkəzi Bankı Şuşada nümayəndəlik açacaq “Qarabağla bağlı bizim çox geniş proqramımız var. Orada biz maliyyə-bank infrastrukturunu formalaşdırmaq istəyirik”.
Maliyyə
29 Yanvar , 2021 15:55
Azərbaycan Mərkəzi Bankı Şuşada nümayəndəlik açacaq

“Qarabağla bağlı bizim çox geniş proqramımız var. Orada biz maliyyə-bank infrastrukturunu formalaşdırmaq istəyirik”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov onlayn keçirdiyi mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum işğaldan azad edilmiş ərazilərdə iki nümayəndəlik açacaq.

“Artıq bank sektoru ilə geniş müzakirələrimiz var. Onlar buna müsbət yanaşırlar. AMB-nin orada iki böyük ərazi idarəsi olacaq. Arzu edirik ki, onlardan biri Şuşada olsun", - deyə E.Rüstəmov qeyd edib.

Son xəbərlər

Orphus sistemi