Azərbaycan Mərkəzi Bankı Türkiyə Maliyyə Ofisi ilə Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Mərkəzi Bankı Türkiyə Maliyyə Ofisi ilə Anlaşma Memorandumu imzalayıb Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyənin Prezident Administrasiyası yanında Maliyyə Ofisi (Türkiyə Maliyyə Ofisi) ilə Anlaşma Memorandumu imzalayıb.
Maliyyə
31 Mart , 2022 17:17
Azərbaycan Mərkəzi Bankı Türkiyə Maliyyə Ofisi ilə Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyənin Prezident Administrasiyası yanında Maliyyə Ofisi (Türkiyə Maliyyə Ofisi) ilə Anlaşma Memorandumu imzalayıb.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu məqsədlə iki qurumun sədrləri - Elman Rüstəmov və Göksel Aşan arasında görüş keçirilib. Görüşdə iki ölkənin maliyyə sektorları arasında intensiv əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilib və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Vurğulanıb ki, bu gün imzalanan sənəd əməkdaşlığın daha da dərinləşməsinə yeni əhəmiyyətli töhfə verəcək.

Anlaşma Memorandumunun məqsədi maliyyə texnologiyaları ekosisteminin genişləndirilməsi, açıq bankçılıq yanaşmasının tətbiqi, sığorta sektorunun və kapital bazarlarının rəqəmsal transformasiyası, həmçinin maliyyə bazarlarında innovativ maliyyə texnologiyalarının tətbiq edilməsini dəstəkləyən qanunvericilik bazasının formalaşdırılması və kadr potensialının artırılması üzrə əməkdaşlıq çərçivəsinin yaradılmasıdır.

Sənəd iki ölkənin maliyyə texnologiyaları ekosisteminin formalaşdırılması və bununla maliyyə sektorunda rəqabətli, innovativ və əlçatan rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsi istiqamətində əməkdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Son xəbərlər

Orphus sistemi