Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) faiz dəhlizi parametrlərinin sabit saxlanılması barədə qərar qəbul edib.
Maliyyə
17 İyun , 2022 15:36
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) faiz dəhlizi parametrlərinin sabit saxlanılması barədə qərar qəbul edib.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, uçot dərəcəsi 7,75 %, dəhlizin aşağı həddi 6,25 %, yuxarı həddi isə 9,25 % səviyyəsində saxlanılıb.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyulun 29-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.

Son xəbərlər

Orphus sistemi