Azərbaycan Mərkəzi Bankının sədri: "Manatın məzənnəsinə müdaxilə etmirik"

Azərbaycan Mərkəzi Bankının sədri: "Manatın məzənnəsinə müdaxilə etmirik" "Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsinə müdaxilə etmir".
Maliyyə
29 Oktyabr , 2021 11:56
Azərbaycan Mərkəzi Bankının sədri: Manatın məzənnəsinə müdaxilə etmirik

"Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsinə müdaxilə etmir".

“Report” xəbər verir ki, bunu qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib.

Onun sözlərinə görə, milli valyutanın məzənnəsinin süni olması barədə deyilənlər həqiqətə uyğun deyi: "Bu, açıq bazardır. Mən bilmirəm, onu necə tutub saxlamaq olar. O ki, qaldı Dövlət Neft Fondundan (ARDNF) transfertlərə, bu prosesdə AMB yalnız agent rolunu oynayır. Bəzi dövlət xərcləri ödənilməlidir. Bu, daha çox fiskal prosesdir. Belə köçürmələr daha çox dövlət büdcəsi üçün həyata keçirilir. Biz çox az hallarda banklardan valyuta alırıq. Çünki onlarda likvidlik problemi olur. Bir də ki, beynəlxalq təşkilatların AMB-də hesabları var. Əgər biz valyutanı alırıqsa, bu məqsədlə alırıq. Biz həm də valyutanı manatın məzənnəsinin möhkəmlənmək təzyiqindən azad etmək üçün alırıq. Bəzi ekspertlər bu fikirdən istifadə edir. Bu gün ekspert bazası da çox irəli gedib. Amma belə fikri səsləndirən bir neçə ekspert qalıb”.

Son xəbərlər

Orphus sistemi