Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 milyard 18,7 milyon ABŞ dolları təşkil edib.
“Report” quruma istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 0,3% azdır.
Bununla belə, AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 10,2%, son 1 ildə isə 9,5% artıb.