Azərbaycan ötən il Sosial-İqtisadi İnkişaf Strategiyasına 2,4 milyard manat xərcləyib

Azərbaycan ötən il Sosial-İqtisadi İnkişaf Strategiyasına 2,4 milyard manat xərcləyib 2022-ci ildə Azərbaycanda “2022–2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası”nın icrası üçün 2 418,7 milyon manat vəsait yönəldilib.
Maliyyə
24 May , 2023 11:52
Azərbaycan ötən il Sosial-İqtisadi İnkişaf Strategiyasına 2,4 milyard manat xərcləyib

2022-ci ildə Azərbaycanda “2022–2026-cı illərdə Sosial-İqtisadi İnkişaf Strategiyası”nın icrası üçün 2 418,7 milyon manat vəsait yönəldilib.

“Report” xəbər verir ki, bu barədə "2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat"da bildirilir.

Sənədə əsasən, həmin vəsaitin 1 532,5 milyon manatı və yaxud 63,4 %-i cari xərclər, 610 milyon manatı və yaxud 25,2 %-i dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərindən, 276,2 milyon manatı və yaxud 11,4 %-i isə "Avtomobil Yolları" Məqsədli Büdcə Fondundan ayrılmış vəsait hesabına formalaşıb.

Son xəbərlər

Orphus sistemi