2021-ci ildə Azərbaycan xalis maliyyə aktivləri 2 563,3 milyon ABŞ dolları məbləğində artırıb.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, artımı xaricdən cəlb olunmuş xalis birbaşa investisiyaların 77 milyon ABŞ dolları artması (2020-ci illə müqayisədə 10,7 dəfə az), portfel investisiyalarının 457,5 milyon dollar artması (20,2 dəfə çox), digər investisiyaların isə 2 028,8 milyon dollar artması (5,3 dəfə çox) təmin edib.