İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinə təqdim olunan elektron xidmətlərin təşviqi məqsədilə daha bir videotəlimat hazırlayıb.
"Report"un məlumatına görə, “Fiziki (hüquqi) şəxslərin fəaliyyətinin onlayn dayandırılması ərizəsi”nin tərtib olunması və göndərilməsi qaydası” adlı videotəlimat ərizənin onlayn tərtib olunması və göndərilməsi prosesini izah edir.