Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 22 %-ə yaxın artırıb

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 22 %-ə yaxın artırıb Bu il iyulun 1-nə Azərbaycanın valyuta ehtiyatları 64 milyard 111 milyon ABŞ dolları təşkil edib.
Maliyyə
18 İyul , 2023 17:22
Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 22 %-ə yaxın artırıb

Bu il iyulun 1-nə Azərbaycanın valyuta ehtiyatları 64 milyard 111 milyon ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bunun 85,7 %-i və yaxud 54 milyard 915,1 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 14,3 %-i və yaxud 9 milyard 195,9 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 1 milyard 540,4 milyon ABŞ dolları və yaxud 2,5 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1 milyard 477,5 milyon ABŞ dolları və yaxud 2,8 %, AMB-nin valyuta ehtiyatlarında isə 62,9 milyon ABŞ dolları və yaxud 0,7 % artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 11 milyard 432,3 milyon ABŞ dolları və yaxud 21,7 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 9 milyard 608,3 milyon ABŞ dolları və yaxud 21,2 %, AMB-nin valyuta ehtiyatları isə 1 milyard 824 milyon ABŞ dolları və yaxud 24,7 % artım nümayiş etdirib.

ARDNF-in

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

AMB-nin

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

Azərbaycanın

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

01.07.2023

54 915,1

9 195,9

64 111,0

01.04.2023

53 437,6

9 133,0

62 570,6

01.01.2023

49 033,6

8 995,7

58 029,3

01.10.2022

45 386,4

7 667,3

53 053,7

01.07.2022

45 306,8

7 371,9

52 678,7

Son xəbərlər

Orphus sistemi