İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İnvestisiya Bankının (EIB) Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri Maciej Czura ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə nazir tviterdə yazıb.
Görüşdə Bankın maliyyələşdirmə mexanizmləri barədə məlumat verilib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Tərəflər AİB-lə əməkdaşlığın inkişafı, potensial layihələr, alternativ enerji mənbələrinin, özəl sektorun, xüsusilə KOB-ların maliyyələşdirilməsi, Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.