Azərbaycan və Özbəkistan mərkəzi bankları arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov özünün "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Qazaxıstana səfərim çərçivəsində özbəkistanlı həmkarım Mamarizo Nurmuratovla görüşərək rəhbərlik etdiyimiz qurumların maliyyə sabitliyinin təmin olunmasındakı rolundan danışdıq", - T. Kazımov qeyd edib.