Azərbaycan və Türkiyənin Ali Audit Qurumları həmkar qiymətləndirilməsi edib

Azərbaycan və Türkiyənin Ali Audit Qurumları həmkar qiymətləndirilməsi edib “Report” bu barədə Palataya istinadən xəbər verir
Maliyyə
12 Aprel , 2021 16:18
Azərbaycan və Türkiyənin Ali Audit Qurumları həmkar qiymətləndirilməsi edib

Azərbaycanın Hesablama Palatasının təşəbbüsü və Türkiyənin Sayıştay Başkanlığının dəstəyi ilə həyata keçirilən “Həmkar Qiymətləndirilməsi” başa çatıb.

“Report” bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar ayından həyata keçirilməkdə olan “Həmkar Qiymətləndirilməsi” çərçivəsində Hesablama Palatasının apardığı uyğunluq, maliyyə və perfomans (səmərəlilik) auditlərinin Ali Audit Qurumlarının (AAQ) beynəlxalq audit standartlarına (ISSAI) uyğun aparılması və ümumilikdə AAQ-ların Fəaliyyətinin Qiymətləndirilməsi çərçivəsində (SAİ PMF) hər üç audit istiqaməti üzrə sənədlər 6 domen və 10 göstərici üzərindən qiymətləndirilərək “Həmkar Qiymətləndirilməsi” hesabatı hazırlanıb və Azərbaycan tərəfinə təqdim edilib.

Son xəbərlər

Orphus sistemi