2020-ci ildə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların məbləği 4,5 milyard ABŞ dolları təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 4,7% çoxdur.
Ötən il investisiyalarda neft-qaz sektorunun xüsusi çəkisi 86,6% olub ki, bu da əvvəlki ilə nisbətən 8,3 faiz bəndi çoxdur.