2021-ci ildə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların məbləği 4,8 milyard ABŞ dolları təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 6,7% çoxdur.
Ötən il investisiyalarda neft-qaz sektorunun xüsusi çəkisi 83,5 % olub ki, bu da əvvəlki ilə nisbətən 3,1 faiz bəndi azdır.