Azərbaycana COVID-19-a qarşı mübarizə üçün kredit ayrılıb

Azərbaycana COVID-19-a qarşı mübarizə üçün kredit ayrılıb “COVID-19 pandemiyasının davam edən fəsadları Azəraycanın iqtisadiyyatını təkmiləşdirmək, yoxsulluğu azaltmaq istiqamətində qazandığı mühüm uğurları yox etmək təhlükəsini yaradır".
Maliyyə
7 İyul , 2021 14:52
Azərbaycana COVID-19-a qarşı mübarizə üçün kredit ayrılıb

Asiya İnkişaf Bankı (ADB) koronavirus pandemiyasının tibbi, sosial, iqtisadi fəsadlarını yumşaltmağa dair Azərbaycan hökumətinin əhatəli planını həyata keçirməsinə kömək məqsədilə 250 milyon ABŞ dolları məbləğində kredit ayırıb.

“Report” xəbər verir ki, ADB-nin Baş direktoru Masatsuqu Asakava bununla bağlı bildirib:

“COVID-19 pandemiyasının davam edən fəsadları Azəraycanın iqtisadiyyatını təkmiləşdirmək, yoxsulluğu azaltmaq istiqamətində qazandığı mühüm uğurları yox etmək təhlükəsini yaradır. ADB Azərbaycanı dəstəkləməyə sadiq qalır və bu proqram da hökumətin pandemiyaya cavab tədbirlərini davam etməyə, kasıb və həssas təbəqələri qorumağa, iqtisadiyyatın dirçəlməsinə zəmin yaratmağa kömək olacaq”.

ADB-nin Koronavirus Yardım, Dəstək, İqtisadi Təhlükəsizlik (CARES) proqramı hökumətin səhiyyə, sosial müdafiə, makroiqtisadi sabitlik sahəsindəki tədbirlərinə maliyyə dəstəyini təmin edəcək. Proqram çərçivəsində qadınlara dəstək tədbirləri mühüm yer tutur. Belə ki, qadın səhiyyə işçiləri üçün uyğun ölçüdə fərdi qoruma vasitələrinin təmini, icbari tibbi sığortanın, yaşa görə təqaüdlərin, ünvanlı sosial yardımın, aztəminatlı ailələr üçün faizsiz təhsil kreditlərinin, məcburi köçkünlər üçün kommunal xidmətlərlə bağlı müavinətlərin qadınlara şamil olunması və s. nəzərdə tutulur.

Bununla yanaşı, dövlət maliyyə vəsaitlərinin idarəetməsi sahəsində aparılan islahatları dəstəkləmək üçün ADB tərəfindən 250 min dollar texniki yardım ayrılacaq.

Son xəbərlər

Orphus sistemi