Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 9% azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 9% azalıb Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 9 560,2 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% az vəsait yönəldilib.
Maliyyə
15 Oktyabr , 2021 10:19
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 9% azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 9 560,2 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% az vəsait yönəldilib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna yatırılmış investisiyalar 9,7 %, qeyri-neft-qaz sektoruna yönəldilən vəsait isə 8% azalıb.

9 aylıq investisiya qoyuluşunun 6 407,2 milyon manatı və yaxud 67%-i məhsul istehsalı sahələrinə, 2 425,8 milyon manatı və yaxud 25,4 %-i xidmət sahələrinə, 727,2 milyon manatı və yaxud 7,6 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 303,6 milyon manatını və yaxud 65,9 %-ini daxili vəsaitlər təşkil edib, 6 388,8 milyon manatı və yaxud 66,8 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,9%, büdcə vəsaitləri 22,3%, sair vəsaitlər 7,4%, əhalinin şəxsi vəsaitləri 7,1%, bank kreditləri isə 6,3% paya malik olub.

Son xəbərlər

Orphus sistemi