Azərbaycan Mərkəzi Bankı (AMB) 33 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanın qüvvəsini 3 ay müddətinə dayandırıb.
Bu barədə "Report"a tənzimləyici qurumdan bildirilib.
Məlumata görə, bu qərar “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq müvafiq hesabatın təqdim edilməməsi ilə əlaqədar qəbul edilib.