Azərbaycanda aksiz vergisi üzrə proqnoz 8 % artırılır

Azərbaycanda aksiz vergisi üzrə proqnoz 8 % artırılır Azərbaycan hökuməti gələn il aksizlər üzrə daxilolmaların 1 milyard 373 milyon manat təşkil edəcəyini proqnozlaşdırır.
Maliyyə
25 Oktyabr , 2022 09:32
Azərbaycanda aksiz vergisi üzrə proqnoz 8 % artırılır

Azərbaycan hökuməti gələn il aksizlər üzrə daxilolmaların 1 milyard 373 milyon manat təşkil edəcəyini proqnozlaşdırır.

"Report" bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 7,5 % çoxdur.

Gələn il aksiz vergisinin 1 milyard 201 milyon manatını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 172 milyon manatını isə Dövlət Gömrük Komitəsi yığmalıdır. Bunlar isə bu ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 8,5 % 1,2 % çoxdur

2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyard 720,7 milyon manat, xərclərinin isə 33 milyard 300 milyon manat olacağı gözlənilir. Bunlar, 2022-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,2 %3,1 % çoxdur. Son nəticədə dövlət büdcəsində 2 milyard 579,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 16,95 % azdır.

Son xəbərlər

Orphus sistemi