Bu il aprelin 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,7 % çox - 724,4 min olub.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, yanvar-mart aylarında aktiv ƏDV ödəyicilərinin sayı isə 3,9 % artaraq 41,5 min təşkil edib.
Rüb ərzində aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 1,2 % artaraq 191,5 minə çatıb.