Azərbaycanda bazis inflyasiyası açıqlandı

Azərbaycanda bazis inflyasiyası açıqlandı İnflyasiya istehlak qiymətlərinin bazis indeksinın artım templərini 0,8 faiz bəndi qabaqlayır
Maliyyə
15 Sentyabr , 2020 19:06
Azərbaycanda bazis inflyasiyası açıqlandı

Bu ilin avqust ayında Azərbaycanda qiymәtlәri dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsullar vә xidmәtlәr, hәmçinin mövsümi xarakter daşıyan kәnd tәsәrrüfatı mәhsulları nәzәrә alınmadan hesablanan (bazis inflyasiyası) istehlak qiymәtlәrinin bazis indeksi iyul ayı ilә müqayisәdә 0,1% artıb.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bazis inflyasiyası yanvar-avqust aylarında isə әvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә 2,1% olub.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 2,9%, təkcə avqust ayında isə istehlak qiymətləri indeksi iyul ayına nisbətən 0,2% az olub.

Son xəbərlər

Orphus sistemi