Prezident İlham Əliyev “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanun”da dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
“Report” xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra digər təyinatlı bələdiyyə torpaqları üzrə torpaq sahəsinin hər 100 kvadratmetrinə görə verginin məbləği Vergi Məcəlləsi əsasında müəyyən ediləcək.
İndiyə qədər həmin məbləğ ləğv olunmuş şərti maliyyə vahidinin (1,1 manat) müəyyən misli ilə müəyyən olunurdu.