Bu gün Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.
"Report" bu barədə Palataya istinadən xəbər verir.
Məlumata görə, Şura üzvlərinin və Şura yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib:
1. Auditorlar Palatasının 2021-ci ilin I yarımili üzrə fəaliyyətinin yekunlarına dair;
2. Dempinqə yol verən auditor təşkilatları və sərbəst auditorların cəzalarının sərtləşdirilməsi üzrə təkliflərin hazırlanması barədə;
3. Korrupsiyaya, PL/TM və kölgə iqtisadiyyatına qarşı mübarizədə auditorların öhdəliklərinə həsr olunmuş tematik kursların, treninq və praktik məşğələlərinin təşkil edilməsi barədə;
4. Mühasibat uçotu və audit sahəsində ali təhsil müəssisələrində tədris proqramlarının innovasiyaların tətbiqi nəzərə alınmaqla təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması barədə;
5. İnteqrə olunmuş hesabatlılığın aparılmasının auditinin qanunvericiliklə təsbit olunması barədə;
6. Auditorlar Palatasının Əsasnaməsində dəyişiklik edilməsi barədə;
7. Auditorlar Palatasının üzvlük haqqı üzrə vaxtı ötmüş və ümidsiz debitor borclarının balansdan silinməsi barədə;
8. Maliyyə Hesabatarı praktik vəsaitinin nəşri barədə.