2022-ci ildə Azərbaycanda dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə 24,9 milyon manat vəsait daxil olub.
"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu, proqnoza nisbətən 55,6 %, 2021-ci illə müqayisədə isə 53,7 % çoxdur.