Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu 32 039 borcalana 1 675,84 milyon manat məbləğində ipoteka krediti verib.
“Report” xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 231,27 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verib, 564 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.