Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 11 % artıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 11 % artıb Bu il I rübündə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 107,9 milyon manat kredit verilib.
Maliyyə
22 Aprel , 2022 10:35
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 11 % artıb

Bu il I rübündə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 107,9 milyon manat kredit verilib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 27,3 % artaraq 74,2 milyon manata çatıb.

Ötən 3 ayda İKZF istiqraz buraxmaqla 40 milyon manat vəsait cəlb edib ki, bu da 1 il əvvələ nisbətən 27,3 % çoxdur. İl ərzində Fonda dövlət büdcəsindən ayrılan vəsaitin məbləği isə 33,5 % azalaraq 23,8 milyon manata düşüb.

Son xəbərlər

Orphus sistemi