Bu ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 203,4 milyon manat ipoteka krediti verilib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 8,5 dəfə artaraq 151,8 milyon manat olub.
Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsait 31,25% artaraq 105 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 52,9% və yaxud 2,1 dəfə azalaraq 35,6 milyon manata düşüb.