Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 52%-dən çox artıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 52%-dən çox artıb Bu ilin yanvar-sentyabr aylarında İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait 19,5% artıb
Maliyyə
27 Oktyabr , 2020 13:53
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 52%-dən çox artıb
0 : 00
0 : 00

Bu ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 180,5 milyon manat kredit verib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52,3% çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə təxminən 2,3 dəfə azalaraq 80,3 milyon manata, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb olunan vəsait 59,1% artaraq 175 mln manat olub.

Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 19,5% artaraq 143,4 milyon manat olub.

Son xəbərlər

Orphus sistemi