Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 56 % artıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 56 % artıb Bu ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 282,4 milyon manat ipoteka krediti verilib.
Maliyyə
21 Oktyabr , 2021 17:20
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 56 % artıb

Bu ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 282,4 milyon manat ipoteka kredit verilib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56,45% çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə təxminən 3,8 dəfə artaraq 281,5 milyon manata çatıb.

Bundan başqa, il ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsait 3,2% artaraq 160 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 4 dəfə azalaraq 35,6 milyon manat olub.

Son xəbərlər

Orphus sistemi