Azərbaycanda dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 970-i keçib

Azərbaycanda dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 970-i keçib Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu 35 253 borcalana 1 milyard 890,899 milyon manat məbləğində ipoteka krediti verib.
Maliyyə
4 Sentyabr , 2021 09:21
Azərbaycanda dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 970-i keçib

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 35 253 borcalana 1 890,9 milyon manat kredit verib.

“Report” xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 232,518 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 974 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi