Azərbaycanda dövlət xəttilə verilən ipoteka kreditlərinin sayı 42,5 mini ötüb

Azərbaycanda dövlət xəttilə verilən ipoteka kreditlərinin sayı 42,5 mini ötüb Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 42 560 borcalana 2 milyard 442,505 milyon manat kredit verib.
Maliyyə
21 Fevral , 2023 16:17
Azərbaycanda dövlət xəttilə verilən ipoteka kreditlərinin sayı 42,5 mini ötüb

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 42 560 borcalana 2 milyard 442,505 milyon manat kredit verib.

“Report” xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 349,759 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 3 224 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi