“2021-2023-cü illər üçün Rəqəmsal Ödənişlər Strategiyası" çərçivəsində “öz müştərini tanı” siyasətinin effektiv təmin edilməsi məqsədilə “E-KYC sistemi”nin yaradılması müzakirə edilib
"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi məlumat yayıb.
Məlumata görə, bu tədbirin icrası çərçivəsində “E-KYC sistemi”nin müzakirəsi məqsədilə Azərbaycan Mərkəzi Bankının nümayəndələri ilə birgə onlayn görüş keçirilib. Görüşdə tənzimləyici qurumun nümayəndələri “E-KYC sistemi”nin ilkin konsepsiyası barədə təqdimat edib və sualları cavablandırıb.