2020-ci ildə Azərbaycanda elektron bankçılıq vasitəsilə cari hesablardan aparılmış müştəri köçürmələrinin ümumi sayı 42,4 milyon ədəd, dəyəri isə 95,7 milyard manat təşkil edib.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, 2019-cu il ilə müqayisədə köçürmələrin sayı 79%, dəyəri isə 55% artıb.