Azərbaycanda əmanətlərin sığortalanması üzrə yanaşmanı dəyişməyə ehtiyac var.
"Report" xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
"Hazırda Əmanətlərin Sığortalanması Fondu müflis olan bankların öhdəliklərinə görə ödənişlər edir. Amma əmanətlərin sığortalanması siyasəti yalnız müflis olan bank üzrə vəsait ödəmək yox, bankların sığortalanması olmalıdır.
Məsələn, Cənubi Koreyada Əmanətlərin Sığortalanması Fondunun kapitalı 3 milyard ABŞ dollardan artıqdır. Bu fond bir çox bankların müflis olmasının qarşısını alır. Amma bizdə bu istiqamətdə heç bir addım yoxdur. Ona görə də bu sahədə fəlsəfəni dəyişməyə ehtiyac var", - deyə V.Bayramov əlavə edib.