Azərbaycanda gələn il yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı gözlənilir

Azərbaycanda gələn il yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı gözlənilir 2025-ci ildə Azərbaycanda yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı proqnozlaşdırılır.
Maliyyə
26 Noyabr , 2024 16:18
Azərbaycanda gələn il yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı gözlənilir

2025-ci ildə Azərbaycanda yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında - dövlətə məxsus sosial fondların 2025-ci il dövlət büdcələri haqqında qanun layihələrinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,3 % çoxdur.

Gələn il Azərbaycanda orta aylıq pensiyanın isə bu ilin təsdiq olunmuş proqnozuna nisbətən 9,2 % çox - 536 manat olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi