Azərbaycanda geniş pul kütləsinin həcmi martda 2 % artıb

Azərbaycanda geniş pul kütləsinin həcmi martda 2 % artıb Geniş pul kütləsinin həcmi 28 578,0 milyon manat təşkil edib
Maliyyə
3 Aprel , 2021 11:51
Azərbaycanda geniş pul kütləsinin həcmi martda 2 % artıb

Bu il martın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 28 578,0 milyon manat təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, fevralın 1-i ilə müqayisədə 1,7 % çox, ilin əvvəli ilə müqayisədə 2,1 % az, ötən il martın 1-nə nisbətən isə 0,1 % azdır.

Fevralın sonuna manatla geniş pul kütləsinin həcmi 19 587,9 milyon manat təşkil edib. Bu isə aylıq müqayisədə 0,5 % çox, ilin əvvəli ilə müqayisədə 3,5 % az, ötən il fevalın sonuna nisbətən isə 7 % çoxdur.

Son xəbərlər

Orphus sistemi