Azərbaycanda geniş pul kütləsinin həcmi yenidən tarixi maksimuma yüksəlib

Azərbaycanda geniş pul kütləsinin həcmi yenidən tarixi maksimuma yüksəlib Bu il yanvarın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 29 185,8 milyon manat təşkil edib.
Maliyyə
30 Yanvar , 2021 13:57
Azərbaycanda geniş pul kütləsinin həcmi yenidən tarixi maksimuma yüksəlib

Bu il yanvarın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 29 185,8 milyon manat təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, ötən il dekabrın 1-nə nisbətən 7,5 %, ötən il yanvarın 1-i ilə müqayisədə isə 1,1 % çoxdur.

2020-ci ilin sonuna manatla geniş pul kütləsinin həcmi 20 305,5 milyon manat təşkil edib. Bu isə aylıq müqayisədə 9,1 %, illik müqayisədə isə 11,3 % çoxdur.

Hesabat tarixinə həm ümumi, həm də manatla geniş pul kütləsi tarixi maksimumlarını yeniləyib.

Son xəbərlər

Orphus sistemi