Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 4 milyard 646,741 milyon manat təşkil edib.
“Report” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,5 % çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 16,7 % artaraq 1 milyard 137,282 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 37,4 % artaraq 3 milyard 322,906 milyon manat, aksizlər üzrə daxilolmalar 1,25 % artaraq 133,948 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 47,3 % artaraq 52,606 milyon manat olub.