Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 38% artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 38% artıb Bu ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 820,837 milyon manat təşkil edib.
Maliyyə
14 Mart , 2022 11:26
Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 38% artıb

Bu ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 820,837 milyon manat təşkil edib.

“Report” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,3% çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 23,2 % artaraq 195,712 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 46,6 % artaraq 598,808 milyon manat, aksizlər üzrə daxilolmalar 11,4 % azalaraq 17,930 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 45,3 % artaraq 8,387 milyon manat olub.

Son xəbərlər

Orphus sistemi