Gələn il Azərbaycanın dövlət büdcəsində gömrük rüsumları üzrə daxilolmaların 1 150 mln manat təşkil edəcəyi gözlənilir.
“Report”un xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 21,1 % çoxdur.
Proqnozun artırılması qeyri-neft sektoru üzrə idxalın və ümumilikdə idxalın artımlar proqnozlaşdırılması ilə bağlıdır.