Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası üzrə 260,931 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21% çoxdur.
Hesabat dövründə həyat sığortası üzrə ödənişlərin məbləği isə 192,775 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 17,8% çoxdur.
Yanvar-avqust aylarında həyat sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 73,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 75,9 manat olub.